Növbəti səyyar qəbul keçirilib
17 sentyabr 2025 | 15:19
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov səyyar qəbul qrafikinə uyğun olaraq bir sıra çoxmənzilli yaşayış binalarının sakinləri ilə görüşüb.
Görüşdə ŞİH-nin məsul əməkdaşları, şəhərdə fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll edilib. Araşdırılmasına ehtiyac olan digər məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb.















