Növbəti səyyar qəbul keçirilib
20 fevral 2024 | 14:08
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı qəbul qrafikinə uyğun olaraq sakinlərlə səyyar qəbul keçirib.
Baş tutan görüşdə şəhər polis şöbəsinin rəisi, İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhərdə fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Səsləndirilən vətəndaş müraciətlərinin həlli üçün icra başçısı tərəfindən aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilərək həlli nəzarətə götürülüb.
Qəbulda iştirak edən vətəndaşlar müraciətlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.