Növbəti səyyar qəbul keçirilib
Naftalan şəhərində sakinlərin müraciətlərini təmin etmək məqsədilə növbəti səyyar qəbul-görüş keçirilib. Şəhərin 22, 23, 27, 29, 30 və 31 nömrəli çoxmənzilli yaşayış binalarının sakinləri ilə keçirilən görüşdə şəhər İcra Hakimiyyətinin başçısı, şəhər polis şöbəsinin rəisi, İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhərdə fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və digər məsələlərlə əlaqədar müraciətləri dinlənilib. Qaldırılan məsələlərin böyük qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan digər məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb.