Növbəti səyyar qəbul keçirilib
Şəhər İcra Hakimiyyəti başçısının müntəzəm olaraq yerlərdə sakinlərlə keçirdiyi səyyar qəbul və görüşlər davam edir.
Növbəti keçirilən səyyar qəbulda şəhərin 08, 09, 14 və 15 nömrəli çoxmənzilli yaşayış binalarının sakinləri ilə görüşülüb. Görüşdə şəhər polis şöbəsinin rəisi, İcra Hakimiyyətinin məsul əməkdaşları, xidmət təşkilatlarının rəhbərləri iştirak edib.
Şəhər İcra Hakimiyyətinin başçısı şəhər ərazisində mərhələli və planlı şəkildə həyata keçirilən abadlıq-quruculuq işləri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat verib.
Sakinlərin müraciətlərinin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilərək, həlli nəzarətə götürülüb.
Görüşdə iştirak edən sakinlər müraciətlərinə həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə yaradılan şəraitə görə minnətdarlıqlarını ifadə ediblər.