Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul keçirilib

23 oktyabr 2023 | 12:09

Şəhər İcra Hakimiyyətinin başçısı şəhərin Qurban Namazəliyev məhəlləsinin sakinləri ilə səyyar qəbul keçirib. Qəbulda İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhərdə fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri iştirak edib.

Görüşdə şəhər rəhbəri, Naftalan ərazisində mərhələli və planlı şəkildə həyata keçirilən abadlıq-quruculuq işləri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat verib.

Sakinlərin müraciətlərinin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilərək, həlli nəzarətə götürülüb.

Görüşdə iştirak edən sakinlər müraciətlərinə həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, yaradılan şəraitə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. 

Keçidlər