Növbəti səyyar qəbul keçirilib
07 oktyabr 2025 | 14:40
Dövlət başçısının müvafiq tapşırıq və tövsiyələrinə əsasən, əhalinin müraciətlərinin yerlərdə dinlənilməsi və həlli məqsədilə Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən 2025-ci il ərzində keçirilməsi nəzərdə tutulan səyyar qəbul qrafikinə əsasən şəhərin bir sıra çoxmənzilli yaşayış binalarının sakinləri ilə növbəti səyyar görüş keçirilib.
Səyyar vətəndaş qəbulunda ŞPŞ-nin rəisi, İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri və sakinlər iştirak edib.
Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerində həll olunub, icrası vaxt və araşdırma tələb edən məsələlərlə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilərək icrası nəzarətə götürülüb.















