Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul keçirilib

05 noyabr 2026 | 17:42

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Məmmədiyə Məmmədov səyyar qəbul qrafikinə əsasən şəhərin Qasımbəyli kəndinin sakinləri ilə səyyar görüş keçirib.

Görüşdə İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhərdə fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qəbulda vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub. Araşdırma tələb edən məsələlər qeydiyyata alınaraq icrası nəzarətə götürülüb.

Sakinlər müraciətlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər