Növbəti səyyar qəbul keçirilib
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Məmmədiyə Məmmədov səyyar qəbul qrafikinə əsasən şəhərin Rövşən Kərimov, Etibar Verdiyev və Hüseyn Hüseynov adına küçələrin sakinləri ilə səyyar görüş keçirib.
Görüşdə İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhərdə fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qəbulda vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub. Araşdırma tələb edən məsələlər qeydiyyata alınaraq icrası nəzarətə götürülüb.
Səyyar qəbul zamanı vətəndaşların dövlət xidmətlərindən daha rahat və çevik şəkildə yararlanmasına imkan verən rəqəmsal həllərin əhəmiyyəti vurğulanmış, sakinlərə “Rəqəmsal İcra Hakimiyyəti”, “mygov” və “SİMA” kimi rəqəmsal platforma və tətbiqlərdən fəal istifadə etmələri tövsiyə olunmuşdur.
Sakinlər müraciətlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.















