Növbəti səyyar qəbul keçirilib
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmiş, sakinlərin müraciətləri dinlənilmişdir. Şəhərin 16, 17, 19 və 20 nömrəli çoxmənzilli yaşayış binalarının sakinləri şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş səyyar qəbulda iştirak etmişlər.
ŞİH başçısı şəhərdə aparılan abadlıq-quruculuq işləri haqqında sakinlərə məlumat vermiş, onları maraqlandıran məsələlər müzakirə olunmuşdur.
Sakinlər çoxmənzilli yaşayış binalarının yağış novlarının təmizlənməsi, maddi yardım verilməsi, işlə təmin olunma, oturacaqların quraşdırılması və digər məsələlər barədə müraciətlər etmiş, təkliflər irəli sürmüşlər.
Müraciətlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş, həlli nəzarətə götürülmüşdür.