Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul keçirilib

09 aprel 2024 | 14:06

Naftalan Şəhər İcra Hakimiyyəti başçısının qəbul qrafikinə uyğun olaraq növbəti səyyar qəbul İsa Məmmədov məhəlləsinin sakinləri ilə keçirilib.

Qəbulda şəhər polis şöbəsinin rəisi, İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhərdə fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri və məhəllə sakinləri iştirak edib.

Vətəndaşların müraciətlərinin həlli üçün icra başçısı tərəfindən aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilərək həlli nəzarətə götürülüb.

Keçidlər