Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti maarifləndirici tədbir keçirilib

06 iyun 2024 | 14:33

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhər Heydər Əliyev Mərkəzində “Erkən nikahın səbəbləri və fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə ŞİH-nin əməkdaşları, Heydər Əliyev Mərkəzinin direktoru, İcra və probasiya şöbəsinin rəisi, Bələdiyyə sədrləri, həkimlər, psixoloqlar, təhsil işçiləri və valideynlər iştirak edib.

Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin şərəfli ömür yolunu əks etdirən foto-eksponatlara baxış keçiriblər.

Tədbirdə erkən nikah və uşaq evliliyinə məcbur etmənin yolverilməzliyi, məişət zorakılığının, gender əsaslı zorakılığın yaranma səbəbləri, təhsildən yayınma hallarının baş verməməsi, qarşısının alınması haqqında söhbət açılıb. Erkən nikah və uşaq evliliyinin, məişət zorakılığının tibbi və psixoloji fəsadları, insan sağlamlığına mənfi təsirləri barədə iştirakçılara məlumat verilib .

Ətraflı müzakirələr aparılıb, maarifləndirici video material nümayiş olunub.

Keçidlər