Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti maarifləndirici tədbir keçirilib

19 may 2026 | 12:12

Naftalan Şəhər İcra Hakimiyyətinin və Naftalan şəhəri üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Naftalan Peşə Məktəbində “Sağlam cəmiyyət naminə narkomaniya və məişət zorakılığına yox” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin, Naftalan şəhər Polis Şöbəsinin, Naftalan şəhəri üzrə gənclər və idman sektorunun məsul əməkdaşları, Naftalan Peşə Məktəbinin direktoru və tələbələr iştirak edib.

Tədbirin keçirilməsində məqsəd gəncləri narkomaniya və psixotrop maddələrin yaratdığı fəsadlar və məişət zorakılığının qarşısının alınması mövzusunda maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etməkdir.

Çıxışlar zamanı qeyd edilib ki, məişət zorakılığı və ya ailədə zorakılıq halları yalnız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Bu problemin həlli hər tərəfli yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsini zəruri edir. Həmçinin, ailə daxili ünsiyyətin və münasibətin əhəmiyyəti, ailə daxili münasibətlərin tənzimlənməsi, zorakılığın növləri, zorakılıqdan qorunma yolları və s. barədə ətraflı fikir mübadiləsi aparılıb.

Sonda video material nümayiş etdirilib və mövzu ətrafında suallar cavablandırılıb.

Keçidlər