Növbəti ağacəkmə aksiyası keçirilib
Azərbaycan qadını bütün dövrlərdə istedadı, zəkası, zəhməti, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunması və yaşadılmasına misilsiz töhfələr vermişdir. Tarixin və mədəniyyətin bir çox şanlı, parlaq səhifələri məhz onun adı ilə bağlıdır. Azərbaycan qadını ailə dəyərlərinin qoruyucusu olmaqla bərabər bəşəriyyətin mədəni fikir xəzinəsinə dəyərli incilər bəxş edən yaradıcı insanlar, tanınmış alimlər, fədakar qəhrəmanlar bəxş edib.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində, həmçinin “8 Mart-Beynəlxalq Qadınlar Günü” ərəfəsində şəhərin Heydər Əliyev parkının ərazsində ağacəkmə aksiyası keçirilib.
Təbirdə ŞİH-nin başçısı, ŞPŞ-nin rəisi, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda çalışan bir qrup qadınlar iştirak edib.
Azərbaycan qadını bu sahədə də öz fəallığı və vətənpərvərliyi ilə seçilərək, gələcək nəsillərə daha yaşıl və sağlam mühit miras qoymağa çalışır. Aksiya ekoloji tarazlığın qorunması ilə yanaşı ətraf mühitin sağlamlaşdırılması istiqamətində atılan mühüm addımlardan biridir.