Şriftin ölçüsü :

Saytın rəngi :

“Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib

11 may 2025 | 14:07

YAP Naftalan şəhər təşkilatının, Naftalan şəhəri üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə şəhər Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr edilmiş Nə? Harada? Nə zaman? intellektual oyunu keçirilib. İntellektual oyun şəhərdə fəaliyyət göstərən 10 müxtəlif idarə, müəssisə və təşkilatın komandalarının iştirakı ilə baş tutub

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycanın memarı və xilaskarı kimi xalqımızın taleyindəki müstəsna xidmətlərindən, zəngin siyasi irsi, qətiyyətli liderlik xüsusiyyətləri və vətənpərvərlik nümunəsi kimi gələcək nəsillərə örnək olduğunu qeyd ediblər.

Üç mərhələdən ibarət intellektual yarış zamanı iştirakçılar Ulu Öndərin zəngin həyat yolu və siyasi fəaliyyətinə, habelə tarix, coğrafiya və geniş dünyagörüşü tələb edən mövzulara dair suallar cavablandırılıb.

Yarışda Şəhər İcra Hakimiyyətinin, Naftalan Murov Mərkəzi Sanatoriyasının, Şəhər Polis Şöbəsinin komandaları ilk üçlükdə yer alıblar. Sonda qaliblər diplom və kubokla təltif olunublar.

Keçidlər