Şriftin ölçüsü :

Saytın rəngi :

“Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib

07 iyun 2023 | 12:06

Naftalan şəhər Gənclər və İdman İdarəsinin, YAP Naftalan şəhər təşkilatının və şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli”nə həsr edilmiş, idarə, müəssisə və təşkilatlar arasında dostluq, yoldaşlıq əlaqələrinin gücləndirməsi məqsədilə şəhərdə fəaliyyət göstərən 10 idarə, müəssisə və təşkilatların komandaları arasında Nə? Harada? Nə zaman? intellektual oyunu keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilən tədbirdə daha sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi, tükənməz ibrət məktəbi olduğunu bildiriblər.

Üç mərhələdən ibarət olan intellektual oyunda əsasən Ulu Öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti, tarix, coğrafiya, ümumi dünya görüşü ilə bağlı suallar cavablandırılıb.

Yarışın yekun nəticəsinə əsasən Şəhər Polis Şöbəsinin komandası, Şəhər İcra Hakimiyyətinin komandası və Naftalan şəhər Uşaq-Gənclər İdman Məktəbinin komandası ilk üçlükdə yer alıblar.

Sonda təşkilatçılar tərəfindən I yeri tutmuş komanda diplom və kubokla, II və III yeri tutmuş komandalar diplomla, digər komandalar isə fəal iştiraka görə təşəkkürnamələrlə təltif olunublar.

Keçidlər