Rəqəmsal İnkişaf və Nəqliyyət Naziri vətəndaşları qəbul edib
Rəqəmsal inkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev 11 apreldə Naftalan şəhər Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Öncə ŞİH-nin başçısı Vüqar Novruzov və nazir Rəşad Nəbiyev xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi düzüblər.
Vətəndaş qəbulunda Goranboy, Xocalı, Göygöl, Samux, Yevlax rayon, həmçinin Gəncə, Mingəçevir və Naftalan şəhər sakinləri iştirak ediblər.
Qəbul zamanı vətəndaşların nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxılıb.
Nazir Rəşad Nəbiyev müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.
Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi dərhal müsbət həllini tapıb.
Qeyd edək ki, vətəndaşların qəbulu mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilir.