Nazir müavini Naftalanda vətəndaşları qəbul edib
30 yanvar 2026 | 11:10
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli yanvarın 29-da Naftalan şəhər Heydər Əliyev Mərkəzində Naftalan şəhərinin və Goranboy rayonunun sakinlərini qəbul edib.
Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə veteranları da olub.
Nazir müavini müraciət edənlərin sosial vəziyyəti ilə maraqlanıb, bütün şəhid ailələrinin və müharibə veteranlarının qayğı ilə əhatə olunmasının bu gün Nazirliyin başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.
Qəbul zamanı vətəndaşların Nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.















