Nazir müavini Anar Əliyev Naftalanda vətəndaşları qəbul edib
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev mayın 24-də Naftalan şəhərində Naftalan şəhər və Goranboy rayon sakinlərini qəbul edib.
Qəbuldan əvvəl ƏƏSMN-nin müavini Anar Əliyev və ŞİH-nin başçısı Vüqar Novruzov Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli ömür yolunu özündə əks etdirən foto-eksponatlara baxış keçiriblər.
Qəbulda müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri də olub.
A.Əliyev onların sosial vəziyyəti ilə maraqlanıb, bütün şəhid ailələrinin və müharibə veteranlarının qayğı ilə əhatə olunmasının bu gün Nazirliyin başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.
Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.