Şriftin ölçüsü :

Saytın rəngi :

Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə əlaqədar tədbir keçirilib

05 iyul 2023 | 14:26

Tədbirdə “Naftalan şəhərində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiya”nın üzvləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər.

Çıxış edən ŞİH başçısının müavini, komissiyanın sədri Arzu Məmmədov narkomaniyanın insanların həyat və sağlamlığına, cəmiyyətə, sosial-iqtisadi inkişafa mənfi təsirlərini iştirakçıların diqqətinə çatdırılıb.

Şəhər Polis şöbəsinin əməkdaşı Naftalan şəhərində narkomaniya ilə mübarizə sahəsində görülmüş işlər barədə ətraflı məlumat verib. Narkotik vasitələrə qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə təhsil müəssisələrində yeniyetmə və gənclər arasında çoxsaylı tədbirlərin həyata keçirildiyini qeyd edib. Tədbir diskussiya şəklində davam etdirilib.

Keçidlər