Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkomaniyaya qarşı birgə mübarizə” mövzusunda tədbir keçirilib

11 iyul 2024 | 14:29

Naftalan ŞİH-nin təşkilatçılığı ilə “Narkomaniyaya qarşı birgə mübarizə” mövzusunda tədbir keçirilib.

Tədbirdə “Naftalan şəhərində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiya”nın üzvləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər.

ŞİH başçısının müavini, komissiyanın sədri Arzu Məmmədov çıxış edərək  narkomaniyanın insanların həyat və sağlamlığına, cəmiyyətə, sosial-iqtisadi inkişafa mənfi təsirlərindən söhbət açıb. Qeyd edib ki,  Narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizə bu gün xüsusilə aktual xarakter daşıyır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir.

Şəhər Polis Şöbəsinin əməkdaşı Naftalan şəhərində narkomaniya ilə mübarizə sahəsində görülmüş işlər barədə ətraflı məlumat verib. Narkotik vasitələrə qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə yeniyetmə və gənclər arasında çoxsaylı tədbirlərin həyata keçirildiyini qeyd edib.

Digər çıxış edənlər bildiriblər ki, müasir dövrdə narkomaniya sərhəd tanımayan beynəlxalq problemə çevrilib. Narkomaniya ilə mübarizə ümumbəşəri problem olmaqla cəmiyyətin hər bir üzvünü narahat edən məsələdir. Əhali arasında geniş maarifləndirmə işi aparılmasının zəruriliyi vurğulanıb.

Keçidlər