“Narkomaniya və erkən nikahın fəsadları” mövzusunda tədbir
Naftalan Şəhər Polis Şöbəsinin və Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə “Narkomaniya, zərərli vərdişlər və erkən nikahın fəsadları” mövzularında maarifləndirici tədbir keçirilib.
Tədbirdə şəhər Polis şöbəsinin rəisi Zaur Bədəlov, ŞİH-nin, ŞPŞ-nin məsul əməkdaşları, valideynlər, şagirdlər, pedaqoji kollektiv iştirak edib.
Tədbirdə çıxış edən ŞPŞ-nin rəisi narkotik vasitələrin və zərərli vərdişlərin insan sağlamlığına, xüsusilə də gənclərə vurduğu zərərlərdən bəhs edib. O, bu sahədə hüquq-mühafizə orqanlarının apardığı qətiyyətli mübarizəni və kibercinayətkarlığa qarşı həyata keçirilən tədbirləri diqqətə çatdırıb. Gəncləri narkomaniya və digər təhlükəli vərdişlərdən uzaq durmağa çağırıb. Həmçinin ali təhsil almaq arzusunda olan şagirdlərə Polis Akademiyasına qəbul qaydaları, kursantların sosial təminatları, imtiyazları barədə, ətraflı məlumatlar verib.
Digər çıxış edənlər isə uşaq hüquqlarının müdafiəsi və erkən nikahın qarşısının alınmasının dövlətin əsas prioritetlərindən biri olduğunu vurğulayıblar. Erkən nikahın həm zorakılıq, həm də hüquqi məsuliyyət doğurduğu bildirilib, fəsadları barədə ətraflı məlumat veriblər.