Naftalanlılar Ulu Öndərin xatirəsini ehtiramla anıblar
12 dekabr 2025 | 17:41
Xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin anım günü münasibətilə şəhər ictimaiyyətinin nümayəndələri, idarə, müəssisə və təşkilatların kollektivləri Ulu Öndərin adını daşıyan meydanda ucaldılmış abidəsini ziyarət ediblər. Tədbir iştirakçıları abidənin önünə tər gül dəstələri düzərək Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad ediblər.















