Naftalanlı idmançılar Bakı Marafonunda iştirak edib
Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə ölkəmizin idman təqvimində mühüm yer alan Bakı Marafonunda “Küləyə qalib gəl” şüarı altında beşinci dəfə keçirilən Bakı Marafonunda 21 km məsafəyə qaçışda Naftalan şəhəri 4 nəfər idmançı ilə təmsil olunub.
Azərbaycanlı idmansevərlərlə yanaşı dünyanın fərqli ölkələrindən minlərlə idmansevər “Küləyə qalib gəl” şüarı ilə Marafonda yarışıb.
İdmanın inkişafına dəstək göstərmək və sağlam həyat tərzini təbliğ etmək məqsədilə 2016-cı ildən təşkil olunan Bakı Marafonu-2022-də şəhərimizi idmançılarımız Əliyev Fuad Fazil oğlu, Vəliyev Sənan Faiq oğlu, Adıgözəlov Seymur Avzər oğlu, İsayev İsa Əlif oğlu təmsil ediblər.
15000 nəfərə qədər idmançının iştirak etdiyi Bakı Marafonu-2022-də hər 4 təmsilçimiz medallarla təltif olunacaqlar.