Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanlı gənc idmançılar ölkə birinciliyində uğur qazanıblar

10 mart 2025 | 11:58

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Naftalan şəhər Uşaq-Gənclər İdman məktəbinin cüdo bölməsinin yetirməsi Rəhimli Fəridə Kərəm qızı və Şirinova Gülşən Taleh qızı Bakı şəhərində keçirilən U-15 kiçik yaşlı yeniyetmələr arasında ölkə birinciliyində 36 kq çəki dərəcəsində II yerə layiq görülərək gümüş medal, boks bölməsinin yetirməsi İsgəndərova Səbinə Faiq qızı isə 46 kq çəki dərəcəsində boks idman növü üzrə III yerə layiq görülərək bürünc medal qazanıblar.

Naftalan Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları gənc idmançılarımızla görüşüb, onları ŞİH başçısı adından təbrik edib, uğurlar arzulayıblar. Görüşdə ölkəmizdə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş idmana, gənclərimizin sağlamlığına yüksək diqqət və qayğı siyasətinin Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilməsindən, Azərbaycanın dünyada güclü idman ölkəsi kimi tanınmasından bəhs edilib.

İcra Hakimiyyəti tərəfindən qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılıb. Gənc idmançılar şəhər rəhbərinə göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər