Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanlı cüdoçular I yerin qalibi olublar

16 aprel 2026 | 17:10

Aprelin 14-də Abşeron Olimpiya İdman Kompleksində təşkil olunan turnirdə 20 yaşadək cüdoçular arasında ne-vaza üzrə ACF Kubokunda Naftalan şəhərini təmsil edən idmançı Zeynəb Şərbətova (-57 kq çəki dərəcəsində) bütün rəqiblərinə qalib gələrək l  yerə layiq görülüb.  

Həmçinin aprelin 15-də cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının I turu start götürüb. Müxtəlif çəki dərəcələrində keçirilən yarışın ilk günü Naftalan şəhərini təmsil edən Fəridə Rəhimli (-40 kq çəki dərəcəsində) I yerə layiq görülüb.

İdmançılarımızı və onların məşqçi-müəllimi, idman ustası Fuad Əliyevi təbrik edir, uğurlar arzulayırıq.

Keçidlər