Naftalanlı cüdoçu Azərbaycan birinciliyində gümüş medal qazanıb
26 dekabr 2025 | 12:41
Dekabrın 25-də Bakı şəhərində keçirilən 14 yaşadək yeniyetmələr arasında U-14 cüdo üzrə Azərbaycan birinciliyi start götürüb.
Abşeron Olimpiya İdman Kompleksində baş tutan birinci yarış günündə Naftalan UGİM-in yetirməsi Fəridə Rəhimli (-36 kq çəki dərəcəsində) yüksək nəticə göstərərək II yerin qalibi olub.
Turnirə 103 klub və idman cəmiyyətindən ümumilikdə 18 çəki dərəcəsində 430 cüdoçu (329 oğlan, 101 qız) qoşulub.
Qeyd edək ki, Rəhimli Fəridə Kərəm qızı 22-23 noyabr 2025-ci il tarixlərində U-14 yeniyetmələr arasında Liqa yarışının IV turunda I yerin qalibi olaraq qızıl medala layiq görülmüşdür.
İdmançımızı və onun məşqçi-müəllimi Fuad Əliyevi təbrik edir, gələcək yarışlarda uğurlar arzulayırıq.















