Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanın tibbi turizm imkanları Qazaxıstanda təbliğ olunub

09 fevral 2024 | 13:15

Qazaxıstan Respublikasının Aktau şəhərində fəaliyyət göstərən “Azərbaycan Ticarət Evi”nin təşkilatçılığı ilə Aktauda “Azərbaycanın turizm imkanları” mövzusunda tədbir keçirilib.

Tədbirdə ölkəmizi Naftalan Müalicə-Sağlamlıq Mərkəzinin və “Aze Turizm” şirkətinin nümayəndələri təmsil ediblər.

İlk öncə qonaqları salamlayan Azərbaycan Respublikasının Aktaudakı Baş konsulu Elçin Məmmədov belə tədbirlərin turizm sahəsində ikitərəfli və regional əlaqələrin inkişafına töhfə verdiyini bildirib.

Ölkələrimiz arasında bütün sahələrdə inkişaf edən yüksək səviyyəli əlaqələrdən bəhs edib. O, Azərbaycanda turizmin inkişafına göstərilən dövlət qayğısından, həyata keçirilən Dövlət proqramları və müxtəlif layihələrdən danışıb və son zamanlar ölkəmizə səyahət edən xarici ölkə vətəndaşları sırasında qazaxıstanlı vətəndaşların sayca üstünlük təşkil etdiyini bildirib.

Tədbirdə “Azərbaycan Ticarət Evi”nin rəhbəri Rəhim Sultanov, Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Tamara Həsənova çıxış ediblər. Naftalan Müalicə-Sağlamlıq Mərkəzinin rəhbəri İlqar Hüseynov şəhərimizin turizm imkanlarına dair çıxış edib, videoçarxlar nümayiş etdirilib.

Sonda Azərbaycan mətbəxi nümayiş olunub, tədbir təşkilatçılarına hədiyyələr təqdim edilib.

Keçidlər