Naftalanın şəhərsalma tarixi və gələcək inkişaf perspektivləri mövzusunda tədbir keçirilib
Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “1967–2026: Naftalanın şəhərsalma tarixi və gələcək inkişaf perspektivləri” mövzusunda tədbir keçirilib.
Tədbirdə Naftalan ŞİH-nin məsul əməkdaşları, YAP Naftalan şəhər təşkilatının, şəhər Ağsaqqallar Şurasının sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri, ziyalılar iştirak ediblər.
Öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naftalan şəhəri haqqında hazırlanmış video materialın nümayişi ilə tədbir davam etdirilib.
Tədbirdə çıxış edənlər Naftalan şəhərinin 1967-ci ildən etibarən formalaşan şəhərsalma tarixindən, bu inkişafın əsasında duran unikal təbii sərvət – Naftalan neftinin rolundan ətraflı bəhs ediblər. Qeyd olunub ki, Naftalan qısa müddətdə mühüm sanatoriya-kurort mərkəzinə çevrilərək həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə tanınıb.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının əhəmiyyəti xüsusi vurğulanıb, bu siyasətin bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılıb.
Həmçinin Naftalanın gələcək inkişaf perspektivlərindən bəhs edilib. Sonda vurğulanıb ki, həyata keçirilən məqsədyönlü dövlət siyasəti və Naftalanın zəngin təbii potensialı şəhərin beynəlxalq turizm və sağlamlıq mərkəzi kimi mövqeyini daha da gücləndirərək, ölkənin sosial-iqtisadi inkişafına mühüm töhfələr verməyə davam edəcəkdir.
Qeyd edək ki, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 28 aprel 1967-ci il tarixli 48 nömrəli Qərarı ilə Naftalana Respublika tabeli şəhər statusu verilmişdir.















