Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda Xocalı faciəsi qurbanlarının xatirəsi ehtiramla anılıb

26 fevral 2023 | 10:17

Xocalı faciəsindən 31 il ötür. XX əsrin sonunda törədilmiş Xocalı faciəsi təkcə Azərbaycan xalqına qarşı deyil, eyni zamanda bütün bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətdir.

Xocalı soyqırımına siyasi qiymətin verilməsi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1994-cü il 24 fevralda Milli Məclisin qərarı ilə hər il fevralın 26-sı "Xocalı soyqırımı günü" kimi yad olunması və bu barədə beynəlxalq təşkilatlara məlumat verilməsi ilə Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verilmiş oldu.

Naftalan şəhərində Xocalı faciəsi qurbanlarının xatirəsi ehtiramla yad edilib. Tədbirdə ŞİH-nin başçısı Vüqar Novruzov, hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Naftalan şəhər təşkilatının sədri, şəhər Ağsaqqallar Şurasının sədri, eləcə də şəhər ictimaiyyətinin nümayəndəri iştirak edib.

Tədbir iştirakçıları vətənimizin azadlığı uğrunda şəhid olmuş vətən oğullarının xatirəsinə ucaldılmış Memorial Kompleksi ziyarət edib, gül dəstələri düzüb, ruhlarına dualar oxuyublar.  

Keçidlər