Naftalanda Vətən müharibəsi qazisinə medal təqdim olunub
Vətən müharibəsində iştirakına, vəzifə borcunu və döyüş tapşırığını uğurla yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Naftalan şəhər sakini, qazi İlkin Tağıyev “Laçının azad olunmasına görə” medalı ilə təltif olunub.
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov qazini qəbul edib, medalı İlkin Tağıyevə təqdim edib. Səmimi söhbət zamanı, 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən söz açılıb, şanlı Zəfərlə başa çatan müharibədə Vətənimizin igid oğullarının göstərdikləri şücaətdən, qəhrəmanlıqlardan danışılıb.
Qazi göstərilən diqqət və qayğıya görə möhtərəm cənab Prezidentə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.