Naftalanda ümumşəhər iməcliyi keçirilib
Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhər ərazisində, küçə və prospektlərdə təmizlik və abadlıq işlərinin görülməsi ilə bağlı həyata keçirilən tədbirlər davam etdirilir.
Bu məqsədlə növbəti iməclikdə şəhərin əsas küçə və prospektlərinin təmizlənməsi, eləcə də xüsusi dezinfeksiyaedici məhlullarla yuyulması təmin edilib. Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgi, yol göstərici xətlərinin, həmçinin piyada zolaqlarının rənglənməsi və magistral yolların kənarlarında təmizlik işlərinin aparılması ilə yanaşı yeni ağac və gül kolları əkilib, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib.
Eyni zamanda, çoxmərtəbəli yaşayış binalarının şüşəbəndləri təmizlənib və məişət tullantılarının atıldığı zibil konteynerləri dezinfeksiya edilib.
Qeyd edək ki, bu cür tədbirlər mütəmadi olaraq davam etdirilir.















