Şriftin ölçüsü :

Saytın rəngi :

Ümumşəhər iməcliyi keçirilib

26 iyul 2024 | 14:21

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərin sanitar təmizlik səviyyəsinin daha da yüksəldilməsi məqsədilə təmizlik və abadlıqla bağlı geniş ümumşəhər iməcliyi keçirilib.

Səhər saatlarından etibarən şəhərin kommunal təsərrüfat xidmətlərinin texnikası və işçi qüvvəsi tərəfindən şəhərin əsas küçə və prospektlərinin süpürülməsi, eləcə də xüsusi dezinfeksiyaedici məhlullarla yuyulması təmin edilib.

Şəhər ərazisini əhatə edən iməclikdə - işıq dirəkləri, parklarda, çoxmənzilli yaşayış binalarının həyətində oturacaqlar, uşaq oyun qurğuları, söhbətgahlar, hündür mərtəbəli binaların liftləridə dezinfeksiya edilib. Eyni zamanda, məişət tullantılarının atıldığı zibil konteynerlərinin də yuyulması təmin edilib.

Qeyd edək ki, bu cür tədbirlər mütəmadi olaraq davam etdirilir.

Keçidlər