Ümumşəhər iməciliyi keçirilib
“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə bağlı tədbirlər planı”nın icrası çərçivəsində Naftalan şəhərində silsilə tədbirlər keçirilir.
Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhər ərazisində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş iməcilik keçirilib. İməcilikdə şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarının kollektivləri, sakinlər fəal iştirak ediblər.
İməcilik zamanı prospekt və küçələrin, səki kənarlarının, işıq dirəklərinin, parklarda oturacaqların təmizlənməsi, yuyulması işi həyata keçirilib, səliqə-səhman yaradılıb.
Qeyd edək ki, ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsi olub. Bu gün də bu siyasət Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizdə ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.