Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan mini futbol turniri başa çatıb

10 may 2026 | 10:51

Naftalan şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə keçirilən mini futbol turnirinin bağlanış mərasimi keçirilib. Naftalan ŞİH-nin dəstəyi, YAP Naftalan şəhər təşkilatının, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Naftalan şəhəri üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə keçirilən yarışda 10 komanda iştirak edib.

Mükafatlandırma mərasimində iştirak edən ŞİH başçısının müavini Kəmalə Hüseynova, YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov, Naftalan şəhəri üzrə gənclər və idman sektorunun məsul əməkdaşı Elman Şərəfxanov qalibləri təbrik edərək, turnirin keçirilməsində əsas məqsədin Ulu Öndərin xatirəsini yad etmək, eyni zamanda, mini futbol idman növünü şəhərimizdə inkişaf etdirmək, istedadlı futbolçuların aşkar edilməsi, idarə, müəssisə və təşkilatlar arasında yoldaşlıq, dostluq əlaqələrinin gücləndirilməsi olduğunu qeyd ediblər.

Turnirdə I yeri “Qarabağ Resort & Spa”, II yeri “Sun City Hotel MMC”, III yeri “Kurort QSC-nin Naftalan sanatoriyası filialı” komandaları tutublar.

Yarışın qalibləri Naftalan ŞİH, YAP Naftalan şəhər təşkilatı və Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi tərəfindən kubok və diplomlarla mükafatlandırılıblar.

Keçidlər