Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda “Türk mətbəxi həftəsi” çərçivəsində tədbir keçirilib

22 may 2025 | 14:40

21-27 may 2025-ci il tarixlərində keçiriləcək “Türk Mətbəxi Həftəsi” çərçivəsində Naftalan şəhərində fəaliyyət göstərən “Chinar Health Hotel” də tədbir təşkil olunub. Artıq dördüncü ildir ki, təşkil edilən Türk Mətbəxi Həftəsi Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindənki Baş Konsulluğu, Naftalan ŞİH-nin təşkilatçılığı, “Chinar Health Hotel”-in dəstəyi ilə təşkil edilib.

Tədbirdə Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindənki Baş Konsulu Recep Öztop, Naftalan ŞİH-nin başçısı Vüqar Novruzov, KOBİA-nın Gəncə-Qazax regional koordinatoru, Gəncə Regional Turizm İdarəsinin rəisi, hüquq mühafizə orqanlarının rəhbərləri və digər məsul əməkdaşlar iştirak edib.

Tədbiri giriş sözü ilə açan Baş konsul “Türk Mətbəxi Klassik Yeməkləri”nin Türkiyədə hər evdə bişən ləzzətindən bəhs edərək, Anadolunun bərəkətli torpaqlarından süzülən çox əsrlik ənənələrin izlərini daşıyan bu ləzzətlərin həm Türk mətbəxinin çeşidliliyini həm də dünyəvi dəyərini ortaya qoyduğunu vurğulayıb.

Hoteldə istirahət edən xarici ölkələrdən olan turistlər təamların dadına baxıb, canlı türk musiqisi dinləmişlər.

Keçidlər