Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda turizmçilərlə görüş keçirilib

30 sentyabr 2024 | 15:32

29 sentyabr Turizm işçilərinin peşə bayramı münasibətilə Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Chinar Hotel & SPA Naftalan”da “Ölkəmizin müalicəvi turizm mərkəzi Naftalan” mövzusunda tədbir təşkil olunub. Tədbirdə ŞİH-nin məsul əməkdaşları, Gəncə Regional Turizm İdarəsinin əməkdaşları, Goranboy Naftalan KOB dostu, şəhərdə fəaliyyət göstərən hotel və müalicə mərkəzlərinin rəhbərləri, əməkdaşları və digər məsul əməkdaşlar iştirak edib.

Tədbiri giriş sözü ilə açan ŞİH başçısının müavini Kəmalə Hüseynova qeyd edib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin göstərdiyi diqqət və qayğı nəticəsində Naftalan şəhəri bu gün Beynəlxalq Turizm Mərkəzinə çevrilib. Son illər ölkədə turizmin iqtisadiyyatın aparıcı sahəsinə çevrilməsi istiqamətində görülən ardıcıl və məqsədyönlü tədbirlər turizmin inkişafında öz müsbət təsirlərini göstərir. Şəhərdə fəaliyyət göstərən hotel və müalicə mərkəzlərinin sayının artması, onlar arasında xidmət qabiliyyətinin artırılması, bir daha şəhərə gələn yerli və xarici turistlərinin sayının əvvəlki illərə nisbətən daha da artmasına səbəb olur.

70 dən çox xəstəliyin müalicəsində istifadə olunan neftin unikallığını xüsusi vurğulayan natiqlər bildiriblər ki, Naftalan həm müalicəvi neftinə, həm də müasir turizm infrastrukturuna görə turistlərin xüsusi diqqətinə layiq olan nadir kurort şəhərlərindən birinə çevrilməkdədir. Həm müalicəvi neft vannaları əsasında xəstələrin müalicəsində əldə olunan yüksək təsirli nəticələr, həm də istirahət üçün şəhərdə yaradılan müasir turizm infrastrukturu Naftalanı turistlər üçün daha cəlbedici kurort mərkəzinə çevirib.

Keçidlər