Naftalanda turizm sektorunun nümayəndələri üçün təlimlər keçirilib
Naftalan Şəhər İcra Hakimiyyəti və Gəncə Regional Turizm İdarəsinin təşkilatçılığı ilə Naftalanda orta tibb işçilərinin peşəkarlığının artırılması məqsədilə təlimlər keçirilib. Tədbirin açılışında Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini Kəmalə Hüseynova, Gəncə Regional Turizm İdarəsinin rəisi Fariz Qarayev iştirak edib.
Naftalan şəhərində sağlamlıq turizminin inkişafı və şəhərin beynəlxalq səviyyədə sağlamlıq turizmi məkanı kimi tanıdılması məqsədilə keçirilən tədbirlərin məqsədi şəhərə gələn qonaqlara beynəlxalq standartlara uyğun, peşəkar xidmət göstərilməsi üçün müvafiq kadr potensialının hazırlanmasıdır.
Əsas məqsəd müalicəvi resursları, müasir tibbi yanaşmaları, peşəkar insan kapitalını və yüksək xidmət mədəniyyətini vahid sistemdə birləşdirməkdir.
Bu baxımdan, orta tibb işçiləri üçün təşkil olunan praktiki təlimlər yalnız bilik və bacarıqların artırılmasına deyil, həm də şəhərin sağlamlıq turizmi sektorunun insan kapitalına yatırılan strateji investisiyaya xidmət edir.















