Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda turizm müəssisələrinin nümayəndələri üçün maarifləndirici tədbir keçirilib

28 oktyabr 2026 | 11:07

Naftalan Şəhər İcra Hakimiyyətinin, Dövlət Turizm Agentliyinin Gəncə Regional Turizm İdarəsinin və Dövlət Miqrasiya Xidmətinin Gəncə Regional Miqrasiya İdarəsinin birgə təşkilatçılığı ilə Naftalanda “Hotel, mehmanxana, sanatoriya və ya digər belə ictimai yerlərdə əcnəbilərin qeydiyyata alınması prosedurları və qeydiyyat qaydalarının pozulmasına görə nəzərdə tutulmuş inzibati məsuliyyət” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə ŞİH başçısının müavini, Gəncə Regional Turizm İdarəsinin rəisi, Gəncə Regional Miqrasiya İdarəsinin nümayəndələri, şəhərdə fəaliyyət göstərən hotel, mehmanxana, sanatoriya nümayəndələri və digər məsul şəxslər iştirak edib.

Tədbirdə Gəncə Regional Miqrasiya İdarəsinin nümayəndələri “Miqrasiya qanunvericiliyinin tələblərinin pozulmasına görə nəzərdə tutulmuş inzibati məsuliyyətlər”, “Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlı göstərilən xidmətlər mövzusunda məruzələrlə çıxış etdilər.

Naftalan şəhərinin beynəlxalq turizm mərkəzi olaraq xarici turistlərin böyük maraq dairəsində olmasını nəzərə alaraq turistlər üçün rahat şəraitin yaradılması üçün həmin turistləri qəbul edən sahibkarlıq subyektlərinin miqrasiya sahəsində Dövlət Miqrasiya Xidməti ilə əlaqəli şəkildə işlərinin təşkil olunmasının zəruriliyi diqqətə çatdırıldı.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər