Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda turizm müəssisələrində yeni ilə hazırlıq işləri başa çatıb

27 dekabr 2025 | 11:14

Yeni il və qeyri-iş günlərinin yaxınlaşması ilə əlaqədar olaraq ölkə üzrə daxili turizmə maraq əhəmiyyətli dərəcədə artıb. Bu artım Naftalan şəhərində fəaliyyət göstərən hotel və müalicə mərkəzlərində aydın şəkildə müşahidə olunur. Ənənəvi olaraq ilin bu dövrü Naftalan turizmi üçün ən pik dövrlərdən biri hesab olunur.

Qeyd edək ki, çoxsaylı turistlər yeni il şənliklərində iştirak etməklə yanaşı, sağlamlıqlarının qeydinə qalmaq məqsədilə buraya üz tuturlar. Turizm müəssisələri tərəfindən göstərilən sağlamlıq xidmətləri beynəlxalq turizm mərkəzlərini qış mövsümündə də cəlbedici məkana çevirir.

Hazırda Naftalanda fəaliyyət göstərən hotellər və müalicə mərkəzləri Yeni il kampaniyaları çərçivəsində qonaqlara daha münasib şərtlər və xüsusi endirim paketləri təklif edirlər. Bu kampaniyalar Naftalana olan marağın daha da artmasına səbəb olub.

Turizm müəssisələri tərəfindən bildirilir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində qonaqların rahat və əyləncəli istirahətini təmin etmək məqsədilə bütün hazırlıq işləri vaxtında və yüksək səviyyədə yekunlaşdırılıb.

Keçidlər