Naftalanda turistlər arasında rəy sorğusu keçirilib
Naftalanda turizm xidmətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə Naftalan ŞİH-nin təşkilatçılığı və dəstəyi ilə Hotel və Müalicə Mərkəzlərində rəy sorğusu keçirilib.
Sorğuda şəhərdə istirahət və müalicə alan 200-ə yaxın yerli və xarici turist iştirak edib.
Azərbaycan, Rus və İngilis dillərində hazırlanmış sorğunun məqsədi Hotel və Müalicə Mərkəzlərində xidmət səviyyəsinin yüksəldilməsi, turist məmnuniyyətinin təmin edilməsidir.
Sorğunun nəticəsindən aydın olmuşdur ki, bu gün beynəlxalq turizm mərkəzi olan Naftalan yerli və xarici qonaqlarda xoş təəssürat yaratmışdır. Turistlər şəhərin infrastrukturundan, müalicə aldıqları hotelin yüksək xidmət səviyyəsindən, həm də müalicənin keyfiyyətindən məmnunluqlarını bildirməklə yanaşı, personalın xarici dil biliklərinin səviyyəsinin artırılmasını, həmçinin, asudə vaxtlarının daha səmərəli keçməsi üçün şəhərdə ticarət və əyləncə mərkəzinin (MALL) olmasının vacibliyini qeyd ediblər.