Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda Silahlı Qüvvələr gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

26 iyun 2022 | 12:11

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gəncə Regional Mədəniyyət İdarəsi Naftalan şəhər Heydər Əliyev Mərkəzində, Naftalan Reabilitasiya Mərkəzində “26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri günü”  münasibətilə tədbir keçirilib

Tədbirdə ŞİH-nin, Heydər Əliyev Mərkəzinin, Reabilitasiya Mərkəzinin məsul əməkdaşları, Vətən Müharibəsi iştirakçıları, qazilər, mərkəzdə stasionar müalicə alan əlilliyi olan şəxslər iştirak edib.

Öncə Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən natiqlər Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə iştirakçıları təbrik edib, bu bayramın rəşadət, şərəf, igidlik bayramı olduğunu  vurğulayaraq Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti, qətiyyətli rəhbərliyi ilə Şanlı Ordumuzun Vətən müharibəsindəki tarixi qələbəsindən, azad olunmuş torpaqlarımızda gedən quruculuq işlərindən söz açıblar. Aparılan hərbi əməliyyatlarda iştirak edən Vətən müharibəsi iştirakçıları  onlara  və ailələrinə göstərilən yüksək diqqət və qayğıyadan danışaraq  Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. Tədbir konsert proqramı ilə davam etdirilib.

Həmçinin, Naftalan şəhər Gənclər və İdman İdarəsi N saylı hərbi hissədə “26 iyun - Silahlı Qüvvələr Günü” münasibətilə hərbi hissə komandaları arasında mini-futbol yarışı keçirib. Sonda Gənclər və İdman İdarəsi tərəfindən hərbi hissə rəhbərliyinə fəxri fərman və futbol forması, bir qrup zabit və əsgərlərə fəal iştirakına görə təşəkkürnamələr, mini-futbol yarışında qalib gəlmiş komandaya isə diplom və kubok təqdim edilib.Tədbir konsert proqramıyla davam etdirilib.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Naftalan nümayəndəliyi tərəfindən Silahlı Qüvvələri Gününə həsr olunmuş “Velosiped yürüşü” təşkil olunub. Yürüşdə GİKM Naftalan nümayəndəliyində fəaliyyət göstərən “VeloKlub” üzvləri iştirak edib.

Şəhər sakinlərinin, yerli və xarici turistlərin rahatlığının təmin olunması, eləcə də velosiped həvəskarlarının daha rahat hərəkəti üçün şəhərdə 7 kilometrə yaxın velosiped zolağının istifadəyə verilməsi  velosiped idman növünə  marağı dahada artırıb.

Keçidlər