Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda səyyar qəbul keçirilib

14 iyul 2022 | 14:34

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov şəhərin Vaqif Quliyev küçəsinin sakinləri ilə səyyar qəbul keçirib.

Qəbulda İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhərdə fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.

İcra başçısı Vüqar Novruzov çıxış edərək vətəndaşların problemlərinə həssaslıqla yanaşılmasını, insan amilini və vətəndaşların sosial rifahının yüksəldilməsinin dövlətimizin sosial siyasətinin prioritetlərindən olduğunu qeyd etmişdir. Həmçinin bildirmişdir ki, xalqımızın rifah halının yüksəldilməsi üçün görülən işlər, atılan əməli addımlar qəbul olunmuş qərar və sərəncamlarda öz əksini tapır. Möhtərəm Prezidentimiz xalqımızın xoşbəxtliyi, dövlətimizin inkişafı və beynəlxalq aləmdə tanınması üçün çalışır.

Sonra icra başçısı qəbula gələn vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib.   

Keçidlər