Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda sərgi-yarmarkası keçirilib

23 oktyabr 2025 | 14:34

Naftalan Şəhər İcra Hakimiyyətinin və Gəncə Regional Turizm İdarəsinin təşkilatçılığı ilə “Chinar Health Hotel”də “Gəncəsənət - sağlamlıq turizminin mərkəzi Naftalanda” adlı incəsənət, sənətkarlıq və yaradıcılıq sərgisi təşkil olunub.

Tədbirdə ŞİH-nin başçısı Vüqar Novruzov, Türkiyə Respublikasının Gəncə şəhərindəki baş konsulu Recep Öztop, Gəncə Regional Turizm İdarəsinin rəisi Fariz Qarayev, hotel və müalicə mərkəzlərindən yerli və xarici turistlər iştirak edib.

40-a yaxın sənətkarın və yaradıcı şəxsin əl işlərinin nümayiş olunduğu sərgi turistlər tərəfindən məmnunluqla qarşılanıb.

Sərgi-yarmarkanın təşkilində məqsəd sənətkarlıq məhsullarının satışına və bu sahədə alıcılıq qabiliyyətinin artırılmasına dəstək olmaq, regionun sənətkarlıq nümunələrinin tanıdılması, qədim sənət ənənələrinin dirçəldilməsi və şəhərin mədəni həyatının canlandırılması, eləcə də yaradıcılıqla məşğul olan sənətkarlar və alıcılar arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi, yaradıcı şəxslərin sahibkarlıq fəaliyyətinə təşviq edilməsi olub.

Keçidlər