Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid və qazi övladları üçün Yeni il Bayramı münasibəti ilə tədbir keçirilib

30 dekabr 2023 | 12:06

Naftalan ŞİH-nin təşkilatçılığı və “Karvan” Gənclərin İnkişafına Dəstək İB-nin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində 31 Dekabr – Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni İl bayramı münasibəti ilə Naftalan şəhərindən olan Şəhid və qazi övladları üçün tədbir keçirilib.

Tədbirdə Şəhər İcra Hakimiyyətinin, “Karvan” Gənclərin İnkişafına Dəstək İB-nin əməkdaşları, Şəhid və qazi ailələri iştirak edib.

İlk öncə torpaqlarımızın azadlığı uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ŞİH başçısının müavini çıxış edərək, uşaqları bayram münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb.

Uşaqlar Şaxta baba və Qar qızı sevinc və həyəcanla qarşılayıb, həmçinin  Şaxta baba balacaları bayram hədiyyələri ilə sevindirib. Şən kloun uşaqlarla söhbət edib, onları duzlu-məzəli zarafatları ilə güldürüb.

Keçidlər