Naftalanda Sakura ağacları əkilib
27 fevral 2023 | 14:32
Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Vada Cüniçinin 2022-ci ildə Naftalan şəhərinə səfərindən sonra səfirlik tərəfindən şəhərə Sakura ağacı hədiyyə edilib.
Dostluq rəmzi olan Sakura ağacları Naftalan şəhərinin müxtəlif yerlərində əkilib.
Qeyd edək ki, Sakura ağacının istər toxumunu, istərsə də özünü ölkədən kənara çıxarılması ilə bağlı gündoğan ölkədə məhdudiyyətlər vardır, ümumilikdə 9 ölkəyə göndərilmişdir. Ümumbəşəri dostluğu gücləndirmək, başqa ölkələrlə əlaqələri daha da dərinləşdirmək məqsədi ilə hədiyyə edilir. Sevindirici haldır ki, Sakura ağacı hədiyyə edilmiş ölkələrin siyahısına Azərbaycan o cümlədən, Naftalan şəhəri də daxil edilmişdir.