Naftalanda şahmat turniri keçirilib
Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Naftalan şəhəri üzrə gənclər və idman sektorunun tədbirlər planına uyğun olaraq şahmat turniri keçirilib.
Naftalan şəhər İcra Hakimiyyətinin və YAP Naftalan şəhər təşkilatının dəstəyi ilə təşkil edilən turnirdə ŞİH başçısının müavini Kəmalə Hüseynova və YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov iştirak edib.
Çıxış edənlər əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün də ölkə rəhbəri möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən idman siyasətindən söhbət açaraq iştirakçlara uğurlar arzulayıblar.
Şahmatın mənimsənilmə səviyyəsini artırmaq, yeniyetmələri sağlam həyat tərzinə cəlb etmək, istedadlı şahmatçıları üzə çıxarmaq və bu idman növünü təbliğ etmək məqsədi ilə keçirilən turnirdə Naftalan şəhər UGİM-in şahmat bölməsinin yetirmələri iştirak ediblər.
Turnirin sonunda qaliblər diplomlar ilə təltif olunublar.















