“Sağlam və rasional qidalanma” mövzusunda maarifləndirici tədbir keçirilib
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 aprel tarixli 1143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında Qida Təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramında nəzərdə tutulmuş 10.12.3; 10.12.4; 10.12.5 bəndlərinin icrasının təmin edilməsi məqsədilə “Sağlam və rasional qidalanma” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Naftalan ŞİH-nin müavini və məsul əməkdaşları, AQTA-nın Gəncə-Daşkəsən RB-nin əməkdaşları, tibb və təhsil işçiləri, müalicə mərkəzlərinin nümayəndələri iştirak ediblər.
Qida təhlükəsizliyi sahəsində qəbul olunmuş yeni qanunun müddəaları, qeyri-düzgün qida rasionunun qurulmasının insan orqanizmində nə kimi fəsadlara yol aça biləcəyi, eyni zamanda sağlam qidalanmanın insan üçün müsbət təsirləri haqqında iştirakçılara ətraflı məlumatlar verilib. Həmçinin konservləşdirilmiş qidalar, o cümlədən qida məhsullarının etiketlərində yer almalı olan məlumatlar, etiket üzərində simvol və işarələrin izahı, bakteriya mənşəli qida zəhərlənmələrinin təsviri və qarşısını alınması istiqamətində tövsiyələr verilib, məhsul alarkən etiket məlumatları ilə bağlı vacib məqamlar diqqətə çatdırılıb.
Sonda iştirakçıların sualları cavablandırılıb, qida təhlükəsizliyi ilə bağlı maarifləndirici bukletlər paylanılıb.
Maarifləndirmə tədbiri Naftalan şəhərində qida təhlükəsizliyinin təmin edilməsi prosesində vətəndaşların fəal iştirakını nəzərdə tutan ictimai nəzarət mexanizmlərinin daha da gücləndirilməsi, sağlam və rasional qidalanma istiqamətində təşviqat işinin aparılması məqsədini daşıyır.