Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda “Sağlam məhəllə” layihəsi icra olunur

09 aprel 2026 | 14:48

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən əhalinin sağlam həyat tərzinin təmin edilməsi məqsədilə Naftalan şəhərində “Sağlam məhəllə” layihəsinin icrasına başlanılmışdır.

Naftalan Şəhər İcra Hakimiyyəti tərəfindən layihənin uğurlu icrası üçün yaxından dəstək göstərilir.

Layihə çərçivəsində mini futbol, basketbol, eyni zamanda açıq havada idman qurğuları quraşdırılaraq sakinlərin istifadəsinə veriləcək.

Layihənin əsas məqsədi əhalinin, xüsusilə gənclərin açıq havada idmanla məşğul olmasını təmin etmək, sağlam yaşayışı təşviq etməkdir.

Keçidlər