Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda qonaq olan Şəhid anası və qazi ilə görüşülüb

30 may 2023 | 15:32

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və şəhər polis şöbəsinin rəisi Zaur Bədəlov “Gold Naftalan” Müalicə Mərkəzində istirahət edən Sumqayıt şəhər sakini Şəhid İzzət Həmidovun anası Vəfa İsmayılova və Vətən Müharibəsi qazisi Camal Alxasov ilə

görüşüb.

İcra başçısı Rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində İzzət kimi, Camal kimi igid oğulların sayəsində qələbə çaldığını bildirib. Söhbət zamanı qazi keçdiyi döyüş yolundan danışıb, öz təəssüratlarını bölüşüb.

Qonaqlar, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

İcra Hakimiyyətinin başçısı tərəfindən qonaqlara xatirə hədiyyələri təqdim edilib.

Keçidlər