Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda Qərb regionu və Qarabağın turizm imkanları VR formatında təqdim edilib

10 mart 2026 | 14:35

Naftalan Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Turizm İdarəsi və “Gələcək Naminə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Naftalan Turizm İnformasiya Mərkəzində Qərb regionu və Qarabağın turizm potensialının VR (virtual reallıq) formatında təqdimatı keçirilib.

Tədbir zamanı VR texnologiyası vasitəsilə yerli və xarici qonaqlara regionun müxtəlif turizm məkanları virtual şəkildə nümayiş etdirilib, iştirakçılar yeni turizm istiqamətləri ilə tanış olublar. Təqdimatdan sonra regionda fəaliyyət göstərən turizm şirkətləri tərəfindən turistlərə müxtəlif turizm paketləri təklif olunub.

Tədbirdə çıxış edən Gəncə Regional Turizm İdarəsinin rəisi Fariz Qarayev bildirib ki, ənənəvi təbliğat üsullarından fərqli olaraq VR texnologiyaları vasitəsilə turizm destinasiyalarının təqdimatı daha müasir və effektiv yanaşmaya əsaslanır. O qeyd edib ki, bu istiqamətdə fəaliyyətin genişləndirilməsi məqsədilə “Gələcək Naminə” İctimai Birliyi və “Kainat Travel” şirkəti ilə əməkdaşlıq barədə ilkin razılıq əldə olunub.

Naftalana əsasən sağlamlıq turizmi məqsədilə gələn qonaqlara ətraf regionların turizm imkanlarının innovativ və interaktiv formatda təqdim olunması region üçün yeni təşəbbüslərdən biri kimi qiymətləndirilir.

Keçidlər